17 yanvar 2025-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.
İştirak edirdilər: Elmi Şuranın 17 üvzündən 16 nəfər.
Gündəlik məsələlər:
- İnstitutun dissertantı İradə Adil qızı Seyidovanın 31.02.01 “Aqromühəndislik” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Yem qarışıqlarının istehsalında inqridientləri dozalaşdıran qurğunun işlənməsi və tədqiqi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi.
- Müxtəlif məsələlər
Dinlənildi: İnstitutun dissertantı İradə Adil qızı Seyidovanın “Aqromühəndislik” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Yem qarışıqlarının istehsalında inqridientləri dozalaşdıran qurğunun işlənməsi və tədqiqi” ( 31.02.01 “Aqromühəndislik” ixtisası) mövzusunda dissertasiya işi müzakirə olundu.
Dissertasiya işinin elmi rəhbəri t.e.d., professor Bayram Məhəmməd oğlu Bağırovdur.
Dissertasiya işinə rəy verənlər:
- t.f.d., dosent Paşayev E.A.
- t.f.d., dosent Hacıyev İ.M.
Qərar:
Dissertant İradə Adil qızı Seyidovanın “Yem qarışıqlarının istehsalında inqridientləri dozalaşdıran qurğunun işlənməsi və tədqiqi” mövzusunda dissertasiya işinin göstərilən iradları aradan qaldırmaqla Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində olan FD 2.26 Dissertasiya Şurasında müdafiəsi məqsədəuyğun hesab edilsin.