18 yanvar 2016-cı il tarixdə institutda Qanlı 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun direktoru Kamil Fətəliyev faciənin baş vermə səbəblərini, dəhşətli və son nəticələri qısa şəkildə şərh edərək, 20 yanvar hadisələrindən bəhs edən videoçarxı nümayiş etdirdi.
Daha sonra institutun elmi işlər üzrə direktor müavini Novruz Nuriyev “20 Yanvar faciəsi xalqın qan yaddaşıdır” mövzusu üzrə çıxış etdi.
Tədbirdə institutun bütün əməkdaşları iştirak etdi.