30 may 2023-cü il

30 may 2023-cü il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU)  Ulu Öndər Heydər Əliyevin 100  illiyinə həsr olunan “QEYRİ- NEFT SEKTORU və QLOBAL ƏRZAQ TƏHLÜKƏSİZLİYİ  PROBLEMLƏRİ” Respublika elmi-praktik  konfransı keçirilmişdir.

“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun bir qrup əməkdaşı konfransda iştirak etmişdir. İnstitutun elmi işlər üzrə direktor müavini əvəzi X.Ə. Məmmədov “İpəkçilikdə yeni texnologiya və texniki vasitə”, “Bağçılığın mexanikləşdirilməsi” laboratoriyasının müdiri E. A. Paşayev “Fındığın ilkin emalı texnologiyası”,  “Heyvandarlıqda texnoloji proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması” laboratoriyasının müdiri Z.V. Quliyev  “Universal yem xırdalayıcı qurğuda yemlərin xırdalanma prosesinin enerji paylanması və enerji sərfi”, “Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyasının müdiri E. M. Nağıyev  “Rotorlu dişli malanın tədbiqinin səmərəliliyi” adlı məqalələrlə çıxış edərək apardıqları elmi – tədqiqat işlərinin nəticələri haqqında konfrans iştirakçılarını məlumatlandırmışlar.

Sonda əməkdaşlarımıza rektorluq tərəfindən təşəkkürnamələr verilmişdir.