22 may 2023-cü il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.
Gündəlik məsələlər:
- İnstitutun qiyabi doktorantı Ələmdar Ələsgər oğlu İsmayılovun 3102.01 “Aqromühəndislik” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Fındığın qurudulma texnologiya və qurğusunun təkmilləşdirilməsi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi.
- Müxtəlif məsələlər
1. Dinlənildi: İnstitutun qiyabi doktorantı Ələmdar Ələsgər oğlu İsmayılovun “Fındığın qurudulma texnologiya və qurğusunun təkmilləşdirilməsi” (3102.01 “Aqromühəndislik” ixtisası) mövzusunda dissertasiya işi müzakirə olundu.
Dissertasiya işinin elmi rəhbəri : t.e.d., professor C.Ə.Məmmədov
Dissertasiya işinə rəy verənlər:
- t.f.d., dosent E.A.Paşayev
- t.f.d., dosent M.P.Mehdiyev
Qərar:
Qiyabi doktorant Ələmdar Ələsgər oğlu İsmayılovun “Fındığın qurudulma texnologiya və qurğusunun təkmilləşdirilməsi” mövzusunda dissertasiya işinin göstərilən iradları aradan qaldırılmaqla Aqrar Universitetin nəzdində olan F.D 2.26 Dissertasiya Şurasında müdafiəsi məqsədə uyğun hesab edilsin.