04 may 2023- ci il

“Örtülü torpaqlarda istehsal proseslərinin avtomatlaşdırılması” laboratoriyasının əməkdaşları F. Səddinov, H. Hümbətov, Ə. Hüseynov və S. İsmayılov  Samux rayonu “ATA-MMC” müəssisəsində olmuş, qarşılıqlı təcrübə mübadiləsində olmuşlar. İstixana kompleksinə gələn alim mütəxəssislərə yeni istehsal texnologiyaları, pomidor məhsulunun becərilməsində avtomatlaşdırılmış texniki vasitələrdən istifadə, ərzaq bolluğu yaradılmasında, habelə sahibkarlığın inkişafında elm və istehsalın qarşılıqlı fayda gətirməsindən ətraflı danışılmışdır.

Gələcəkdə laboratoriya ilə əməkdaşlıq çərçivəsində sınaq tərcübələrinin aparılması barədə razılığa gəlinmişdir. Müəssisənin icraçı direktoru sualları ətraflı cavablandırmışdır.

Elmi-praktik dəstəyə görə MMC-nin rəhbərliyinə minnətdarlıq bildirilmişdir.

 Görüşdən görüntüləri diqqətinizə çatdırırıq.