29 mart 2023-cü il

29 mart 2023-cü il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “TƏTBİQİ ELMLƏR və AQRAR SAHƏNİN İNKİŞAFINA YENİ BAXIŞLAR və YANAŞMALAR” adlı Respublika elmi-praktik  konfransı keçirilmişdir.

“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun bir qrup əməkdaşı konfransda iştirak etmişdir. İnstitutunun “Heyvandarlıqda texnoloji proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması” laboratoriyasının müdiri Z. V. Quliyev “Soya südü istehsalında yeni texnologiya və texniki vasitə”, “Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyasının müdiri E. M. Nağıyev “Troslu çevik mala”, “Üzümçülüyün mexanikləşdirilmısi” laboratoriyasının müdiri H. S.  Bağırov “Системный анализ факторов для построения математической модели для поверхностной обработки почвы в междурядьях виноградников”, “Bağçılığın mexanikləşdirilməsi” laboratoriyasının aparıcı mütəxəssizi İ. Ə.  İsgəndərov “Fındığın ilkin emalı texnologiyası” adlı məqalələrlə çıxış edərək apardıqları elmi – tədqiqat işlərinin nəticələri haqqında konfrans iştirakçılarını məlumatlandırmışlar.

Sonda əməkdaşlarımıza rektorluq tərəfindən sertifikat verilmişdir.