28 fevral 2023-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.
GÜNDƏLİK MƏSƏLƏLƏR:
- 2023-cü il üçün mövzu planı üzrə proqram və metodikaların müzakirəsi
- Müxtəlif məsələlər:
- ADAU-da 29.03.2023-cü ildə keçiriləcək konfransa hazırlıq.
- İnstitutun direktoru K.H. Fətəliyevin 80 illik yubileyi münasibəti ilə təbriklər
Dinlənildi: İnstitutun direktoru t.f.d., dosent K.H. Fətəliyev Elmi Şura iştirakçılarını salamladı və iclası açıq elan etdi. Sonra gündəlikdə duran məsələlərlə onları tanış etdi. Birinci məsələ haqqında danışmaq üçün sözü laboratoriya müdirlərinə verdi.
Dinlənildi: Laboratoriya müdirləri 2023-cü il üçün mövzu planı üzrə proqram və metodikalar haqqında məlumat verdilər.
QƏRAR
2023-cü il üçün mövzu planı üzrə proqram və metodikalar təsdiq edilsin.
2.Müxtəlif məsələlər:
1) ADAU-da 29.03.2023-cü ildə keçiriləcək konfransa hazırlıq.
Bu barədə institutun elmi işlər üzrə müavin əvəzi X.Ə. Məmmədov məlumat verdi, bildirdi ki, konfransda iştirak etmək üçün məqalələri 25.03.2023-cü ilə qədər təqdim etsinlər.
2) İnstitutun direktoru t.f.d., dosent K.H. Fətəliyevin 80 illik yubileyi münasibəti ilə təbriklər.
Direktorun elmi işlər üzrə müavin əvəzi X.Ə. Məmmədov çıxış etdi. Elmi Şura üzvləri adından K.H. Fətəliyevi 80 illik yubileyi münasibətilə ürəkdən təbrik etdi və ona uzun omür, can sağlığı, fəaliyyətində yeni-yeni uğurlar arzuladı.