Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ağdaş rayonunda bu ilin ilk Aqrar İnnovasiya Festivalı keçirilib. “Ağdaş Yem Fabriki”nin ərazisində keçirilən festivalda Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Mərkəzi Aran iqtisadi rayonunun və ətraf bölgələrin fermerləri, Elmi- Tədqiqat İnstitutlarının mütəxəssisləri, alimlər, aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafail Quliyev, Ağdaş və ətraf rayonların icra hakimiyyətlərinin rəsmiləri regionlarda təşkil edilən belə festivalların əhəmiyyəti barədə danışıblar. Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov “Agroinnofest” layihəsinin təqdimatı ilə çıxış edib, festival barədə ətraflı məlumat verib.
“Aqrar İnnovasiya Festivalı”nda “Aqromexanika” ETİ-u da iştirak etmişdir.
İnstitutun direktoru Kamil Fətəliyev institutda kəndli-fermer təsərrüfatları üçün ixtira səviyyəsində hazırlanaraq satışa çıxarılmış müxtəlif kiçik qabaritli maşınlarla yanaşı, ilkin təcrübi nümunələri hazırlanmış innovativ qurğular: “Buzovların yemləndirilməsi üçün üzlü südəvəzedici hazırlayan qurğu”, “İpəkqurdu yumurtasının inkubasiya qurğusu”, “Yüksək zülal tərkibli yem (soya südü) hazırlayan qurğu”, “Universal yemxırdalayan qurğu”, “Yaşıl yem yetişdirmək üçün qurğu”, “Ozonator qurğusu”, “Modul tipli istixananın işlək imitasiya modeli”, “Dərman preparatları, ozonlaşdırılmış su çiləyicili məsafədən idarə olunan qoşqulu traktor modeli” və institutda son illər alınmış patentlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Ziyarətçiləri maraqlandıran suallar cavablandırılmiş, tədbir iştirakçılarına “Müasir taxılyığan kombaynlar”, “Taxıl yığimı”, “Traktorlara texniki xidmətin formaları və dövriliyi”, “Traktor və kənd təsərrüfatı maşınlarının saxlanması qaydaları”, “Buzovların yemlənməsi üçün süd əvəzedicisi hazırlayan qurğu”, “Yüksək zülal tərkibli yem (soya südü) hazırlayan qurğu”, “Dənli yem və quru otu üyüdən universal qurğu”, “Qarğıdalı dənini qıçadan ayıran” və “Qozu qərzəkdən təmizləyən” və s. adlı tövsiyələr, bukletlər təqdim olunmuşdr.
“Aqrar İnnovasiya Festivalı”ndan foto və video görüntüləri diqqətinizə çatdırırıq: