23 yanvar 2023-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.
GÜNDƏLİK MƏSƏLƏLƏR:
- 2022-ci il Elmi Şuranın işi haqqında hesabat və 2023-cü il üçün Elmi Şuranın iş planının və tərkibinin təsdiqi.
- 2023-cü il üçün institutun strukturunun və ştat cədvəlinin təsdiqi.
- Mövzu planı üzrə 2022-ci ilin elmi hesabatı.
Dinlənildi: direktor K.H. Fətəliyevin 2022-ci il Elmi Şuranın işi haqqında hesabatı, 2023-cü il üçün Elmi Şuranın iş planının və tərkibi haqqında məruzəsi. 2023-cü il institutun strukturu və ştat cədvəli haqqında şura üzvlərini məlumatlandırdı.
Dinlənildi: elmi işlər üzrə direktor müavini s.m.i.e. X.Ə. Məmmədovun institutun 2022-ci il mövzu planı üzrə elmi hesabatı.
Elmi Şurada müvafiq qərarlar qəbul olundu.