İnstitutun əsas məqsədi ölkənin aqrar strategiyasını – ərzaq təhlükəsizliyini öz fəaliyyəti çərçivəsində həyata keçirməkdən ibarətdir. Bu məqsədlə institutun qarşısında duran əsas vəzifə: bitkiçiliyin (dağ əkinçiliyi də daxil olmaqla ) və heyvandarlığın kompleks mexanikləşdirilməsi üçün maşınlar sisteminin təkmilləşdirilməsi və işlənməsi, maşın-traktor parkının istismarı metodlarının və texniki xidmətin təkmilləşdirilməsi, innovativ texnologiyaların işlənməsi və yeni nəsil texniki avadanlıqların yaradilması, kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması, daşınması və saxlanması üzrə daha mütərəqqi resurs, enerji qoruyucu və ekoloji təmiz texnologiyaların işlənməsi, fermer təsərrüfatları üçün kiçik qabaritli, sadə, asan idarə oluna bilən və az enerji sərf etməklə iqtisadi cəhətcə daha səmərəli olan qurğu və avadanlıqların işlənməsi, traktorlara və kınd təsərrüfatı maşınlarına yerli şəraitə uyğun normativlərin işlənməsi, onlara texniki servis xidmətlərinin mütərəqqi formalarının işlənməsi və ekoloji təmiz, alternativ enerji mənbələrindən istifadə məqsədilə daha mütərəqqi maşın və avadanlıqların işlənməsindən vaxtaşırı olaraq institutda elmi-texniki konfransları keçirmək, elmi əsərlər məcmuəsini dərc etmək, beynəlxalq və respublika elmi-texniki konfraslarında çıxış etmək institutun elmi nailiyyətlərinin tətbiqinə nail olmaq, beynəlxalq əlaqələri genişləndirmək və elmi kadr hazırlamaqdan ibarətdir.