30 noyabr 2022-ci il

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Şəmkir rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafail Quliyev, İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev, “Şəmkir Aqropark”ın nümayəndəsi Faiq Baxşıyev belə festivalların əhəmiyyəti barədə danışıb, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə “Agroinnofest” layihəsinin təqdimatı ilə çıxış edib, festival barədə ətraflı məlumat verib.

“Aqrar İnnovasiya Festivalı”nda “Aqromexanika” ETİ-u da iştirak etmişdir.

İnstitutun direktoru Kamil Fətəliyev institutda kəndli-fermer təsərrüfatları üçün ixtira səviyyəsində hazırlanaraq satışa çıxarılmış müxtəlif kiçik qabaritli maşınlarla yanaşı, ilkin təcrübi nümunələri hazırlanmış innovativ qurğular: “Buzovların yemləndirilməsi üçün üzlü südəvəzedici hazırlayan qurğu”, “İpəkqurdu yumurtasının inkubasiya qurğusu”, “Yüksək zülal tərkibli yem (soya südü) hazırlayan qurğu”, “Universal yemxırdalayan qurğu”, “Yaşıl yem yetişdirmək üçün qurğu”, “Modul tipli istixananın işlək imitasiya modeli”, “Dərman preparatları, ozonlaşdırılmış su çiləyicili məsafədən idarə olunan qoşqulu traktor modeli”, “Ozon qurğusu” və institutda son illər alınmış patentlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Ziyarətçiləri maraqlandıran suallar cavablandırılmiş, tədbir iştirakçılarına “Müasir taxılyığan kombaynlar”, “Taxıl yığimı”, “Traktorlara texniki xidmətin formaları və dövriliyi”, “Traktor və kənd təsərrüfatı maşınlarının saxlanması qaydaları”, “Buzovların yemlənməsi üçün süd əvəzedicisi hazırlayan qurğu”, “Yüksək zülal tərkibli yem (soya südü) hazırlayan qurğu”, “Dənli yem və quru otu üyüdən universal qurğu”, “Qarğıdalı dənini qıçadan ayıran” və “Qozu qərzəkdən təmizləyən” və s. adlı tövsiyələr, bukletlər təqdim olunmuşdur. Sonda “Aqrar İnnovasiya Festifalı”nda iştirak edən institutun əməkdaşları xatirə şəkli çəkdirmişlər.

“Aqrar İnnovasiya Festivalı”ndan foto görüntüləri diqqətinizə çatdırırıq: