03-04 noyabr 2022-ci il tarixində Azərbaycan Texnologiya Universitetinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi 8 Noyabr Zəfər Gününə həsr olunan “Müasir elmin aktual çağırışları və nailiyyətləri” adlı respublika elmi-praktik konfransı keçirilmişdir. Konfransın məcmuələr toplusuna 200-ə yaxın tezis daxil edilmişdir.
“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun bir qrup əməkdaşı konfransda iştirak etmişdir. İnstitutunun elmi işlər üzrə direktor müavini əvəzi Məmmədov X.Ə. “İpəkqurdu yumurtasının oyadılmasını həyata keçirən texniki vasitənin təhlili” mövzusunda “Yüngül sənaye mühəndisliyi” bölməsində, “Heyvandarlığın mexanikləşdirilməsi” laboratoriyasının müdiri Quliyev Z.V. “Soya südü emalının struktur funksional sxemi və riyazi modeli” “Qida mühəndisliyi” bölməsində məruzə ilə çıxış etmişdirlər.