16 sentyabr 2022-ci tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.
Gündəlik məsələlər:
- İnstitutun 2022-ci il üçün mövzu planı üzrə elmi-tədqiqat işlərinin gedişatı haqqında.
- İnstitutun daxili əmək intizamının vəziyyəti haqqında (06 may 2022-ci il tarixli, 18 saylı əmrin icra vəziyyəti haqqında)
- Müxtəlif məsələlər.
Birinci məsələ üzrə:
Dinlənildi: İnstitutun 2022-ci il üçün mövzu planı üzrə elmi-tədqiqat işlərinin gedişi haqqında müzakirələr.
Qərara alındı:
İnstitutun 2022-ci il üçün mövzu planı üzrə elmi-tədqiqat işlərinin gedişi nəzərə alınsın.
İkinci məsələ üzrə:
Dinlənildi: İnstitutun əmək intizamının vəziyyəti haqqında.
Üçüncü məsələ üzrə:
Elman Muxtar oğlu Əliyevin 80 illik yubileyi haqqında.
Elman müəllim 80 illik yubiley münasibətilə təbrik edildi, ona xoş arzular bildirildi. Fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırıldı.