İnstitut əməkdaşlarının təqdim etdiyi “Universal yemxırdalayan qurğu”suna Rusiya Federasiyasından Əqli Mülkiyyətin Patent və Əmtəə Nişanı üzrə federal Qulluq (ROSPATENT) qurumundan ixtiraya patent alınmışdır (RF № 2776311).
TƏBRİK EDİRİK!
İxtiraya patent alınmış “Universal yemxırdalayan qurğu”sunun “Aqromexanika” Elmi-Tədqiqat İnstitutu ilə “İmprotex İndustries” MMC arasında bağlanmış “Birgə əməkdaşlıq müqaviləsi”nə əsasən seriya şəklində hazırlanması nəzərdə tutulur.